• SƏNİ xoşbəxt edən şeyləri müəyyən et və arzuladığın həyatı yarat
  • Qarşını kəsən inancları və adətlərini müəyyənləşdirib dəyişdir, arzudan hərəkətə keç
  • Ola biləcəyin ən yaxşı SƏN ol, gözəl görün və özünə güvən, insanlarla asanlıqla münasibət qur və həyatdan zövq al
  • Sevdiyin və arzuladığın həyatı İNDİ yarat!
P.S. Proqramda yalnız 50 yer limiti var və 20 Iyul başlayır.

Leyla

Proqram mənə özümü qazandırdı... özümü qıraqdan görməyi, həyatımı gözdən keçirməyi, niyə mənfiyə düşdüyümü sorğulamağı qazandırdı. çox dəyişiklik oldu özü də inanılmaz dərəcədə.


Qoşulun, sadəcə qoşulun! Bunu kiminsə üçün yox özünüz üçün edirsiz! Bu proqramın adını təsadüfən hardasa belə eşitməyiniz artıq sizə bir işarədir:)

Xanım

Mən əslində çox pozitiv və ünsiyyətcil biri idim ama bizim cəmiyyətdə insanların bir çoxu “ağır” düşüncədə olduğu üçün düşündüm ki güləriz olmamalıyam və özümü getdikcə qapalı olmağa məcbur etdim, bu isə öz növbəsində məndə neqativ təsirlər buraxdı.

Program sayəsində özümü dərk etmək, hər şeyi düşünmək qərarına gəldim, bu mənə mənfi xüsusiyyətlərlərimi görməyimə kömək etdi.
 

Həmid

Bütün insanlar xoşbəxt olmaq istəyir və onun üçün də çalışır. Bu cür təlimlər, coaching sessiyaları qısaca desək insana xoşbəxt olmağı öyrədir. Buna görə məncə hər bir insan bu ve bunun kimi təlimlərə qoşulmalıdır. Şəbnəmin təliminin özəlliyi isə təlimdə qısa müddətdə həyatın ən önəmli sahələrində dəyişiklik yaradacaq bilgilərin, məsləhətlərin olmasıdır. Düşünürəm ki bir çox insanın həyatının dönüm nöqtəsi ola bilər bu təlim.

Sevda

Mən həmişə çox pessimist olmuşam. Qəmli mahnılar, ağlamalı kinolar mənim ayrılmaz hissəm idi. Ancaq indi qəribə şəkildə o mahnılara qulaq asmaq istəmirəm. Beynimdəki bədbəxtlik ssenarilərinin 50%'ni susturmağı bacarmışam. 


Əgər dəstəyə ehtiyacınız varsa, özünüzə inanmırsınızsa tərəddüd etməyin. Burda kifayət qədər motivasiya, pozitiv baxış, özünə inam sizi gözləyir. :) Şəbnəm demiş bunu özünüzə borclusunuz. Mən çox razı qaldım və çox rahatlıqla hamıya məsləhət görərdim.

Ən Çox Verilən Suallar

Videolar canlı olacaqmı?

Xeyr, videolar sizə emaillə yollanacaq və vaxtınız olanda baxa biləcəksiniz. Şəbnəmin hər videosu 10-18 dəq uzunluğundadır və motivasiya, məsləhət və sevgi doludur. 

Zoom video zənglər canlı olacaq?

Bəli, 2 qrup zəng canlı olacaq, amma qoşulmaq vacib deyil. İştirakçıların bir-birini tanıması və keçdiyi çətinlikləri, məqsədlərini paylaşması üçün söhbətdir. 

Bəs Şəbnəmlə təkbətək söhbət etmək istəsəm?

Proqramı almaq üçün 3 variant var - 1-ci kurs və PDF fayllardır, bura bütün videolar, 2 qrup zəng və PDF fayllar daxildir. Şəbnəmlə proqramdan sonra təkbətək söhbət edib motivasiya, dəstək, məsləhət almaq üçünsə digər iki variantdan birini ala bilərsiniz - ya kurs və 1 saatlıq zəng, ya da kurs və 3 saatlıq zəng. 

Proqramda hansı mövzulardan danışılır?

Mövzular bunlardır - Kainat və Enerjinin gücü --- Pozitiv Düşüncə --- Həyat Qısadır --- Qəbul Etmək --- Bağışlamaq --- Sevgi --- Dostluqlar --- Dərin Münasibətlər Qurmağın Yolları ---- Meditasiya --- İş Tapmaq və ya Biznes Başlamaq --- Adətlər --- Həyat Məqsədini Yaratmaq və 10 Həyat Prinsipi

Proqram mənə necə kömək edə bilər?

Proqram sənə öz vəziyyətinə kənardan baxasan, beynindəki mənfi düşüncələri, qorxuları, ağrıları dərk edəsən və bunlardan qurtulasan. Şəbnəm səni ruhlandıracaq ki, pozitiv, məqsədyönlü, enerjili olasan, həyatdakı məqsədin dəqiq olsun. Sən dəyişəndə bütün dünyan dəyişəcək. Bu proqram sənə dəyişməyə kömək edəcək!

İSTƏYƏN YOL TAPIR, İSTƏMƏYƏN BƏHANƏ.